Açıklama:
Təsvir- Müştərilərlə iş mərhələlərinin hazırlanması: əvvəldən sonuna qədər müştərilərlə iş mərhələlərinin hazırlanması, müxtəlif kanallar (filial, onlayn, mobil, sosial media, mağazadaxili və s.) vasitəsilə əsas əlaqə nöqtələrinin və qarşılıqlı əlaqələrin müəyyən edilməsi üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- Məlumatların təhlili: müştərilərin davranışı, üstünlükləri və zəif nöqtələr haqqında fikirlər toplamaq üçün müştəri məlumatlarından və analitik vasitələrdən istifadə edilməsi;
- Zəif nöqtələrin müəyyən edilməsi: məlumatlardan, müştəri rəylərindən və ən məqbul sənaye təcrübələrindən istifadə edərək zəif nöqtələrin və təkmilləşdirmə sahələrinin müəyyən edilməsi;
- Müxtəlif profilli komandalarla əməkdaşlıq: müştərilərin məmnuniyyət dərəcəsinin təmin edilməsi ilə bağlı təşəbbüsləri həyata keçirmək üçün marketinq, məhsulların inkişaf etdirilməsi, satış və məlumat qrupu daxil olmaqla, müxtəlif profilli komandalarla sıx əməkdaşlıq etmək;
- Davamlı təkmilləşdirmə: əsas fəaliyyət göstəricilərinə nəzarət və davamlı təkmilləşdirmə imkanlarının müəyyən edilməsi.
- Təhsil səviyyəsi və istiqaməti - Kommunikasiya, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili;
- İş təcrübəsi (il və/və ya sahə olaraq) - Müştərilərlə münasibətlərin idarə edilməsi (CRM) və ya əlaqəli sahələrlə bağlı vəzifələr üzrə 2-4 illik təcrübə;
- Texniki səriştələr - CRM sistemlərinin uğurla tətbiqi və optimallaşdırılması sahəsində təcrübə; CRM texnologiyaları və əlaqəli alətlər üzrə bacarıq; Mürəkkəb CRM strategiyalarını və konsepsiyalarını müxtəlif maraqlı tərəflərə çatdırmaq bacarığı;
- Yumşaq səriştələr - Güclü ünsiyyət və danışıqlar bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı. Güclü idarəçilik və komanda işi bacarığı;
- Dil bilikləri - Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst);
- Kompüter bilikləri - MS Office proqramları.
PAŞA Qrup daxilində bizim ən dəyərli kapitalımız Sizsiniz! Sizin bacarığınız və təcrübəniz həm özünüz, həm də PAŞA Qrupu üçün əvəzolunmaz sərvətdir. Məhz bu səbəbdən qrup daxilində karyeranızı inkişaf elətdirməyiniz, yeni rolları kəşf edərək bacarıqlarınızı artırmağınız üçün geniş imkanları sizlərə yaratmaq bizim əsas hədəflərimizdəndir.
Daxil olmaq üçün - https://pashamobility.az/user/login
Vakansiya haqqında
Son tarix
July 31, 2025
Paylaşılıb
iyun 21, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
16 Tem 2025;
from:
linkedin.com